Avropa İnvestisiya Bankı (AİB) 2022-ci ildən planeti çirkləndirən neft və qaz şirkətlərinə təmiz enerjinin inkişafı üçün maliyyə dəstəyini dayandıracaq.
Trend xəbər verir ki, əgər hər hansı bir şirkət Paris Sazişinin məqsədlərinə cavab verməyən fəaliyyətini və ya fəaliyyətlərə investisiya qoymağa davam edərsə, AİB belə qurumların standart aşağı karbonlu və yüksək emissiyalı layihələrini maliyyələşdirməyəcək, – deyə bankın məlumatında bildirilir.
Bankən bu qərarının 50-yə yaxın şirkət və dövlət orqanlarını və ya kredit alanların 10 faizini əhatə edəcəyi ehtimal edilir. Müştərilərdən bundan sonra karbonsuzlaşdırma planlarını təqdim etmələri tələb olunacaq.
AİB-in istinad etdiyi Paris razılaşması qlobal temperaturun artımını sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1,5-2 dərəcə artıq səviyyədə saxlamağı nəzərdə tutur. Bunun üçün, o cümlədən yüksək karbon qazı emissiyasına malik yanacaqlardan imtina yolu ilə, müvafiq tullantıları sıfır səviyyəyə endirmək tələb olunur.