AİB 2021-2022-ci illərdə Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 1,9 faiz səviyyəsində proqnozlaşdırılır.

AzerTimes bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook-2021” hesabatına istinadən məlumat verir.

Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycan iqtisadiyyatı 2,5 faiz artacaq.

Qeyd olunur ki, iqtisadiyyatın artım tempinə COVID-19 pandemiyasının yavaşlaması, daxili və xarici tələbin artması müsbət təsir göstərəcək.


2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4,3 faiz azalmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: