Avropa İttifaqı (Aİ) mülki müdafiə mexanizmindən istifadə edərək Yunanıstana və digər Aralıq dənizi ölkələrinə meşə yanğınları ilə mübarizədə kömək edəcək.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Aİ-nin böhranların nizamlanması və humanitar yardım üzrə komissarı Yanez Lenarçiç deyib.
Y.Lenarçiç bildirib: “Çox sayda yanğın eyni anda bir çox ölkəni əhatə etdiyi üçün Avropada indiyə qədər aparılmış ən böyük yanğınsöndürmə əməliyyatlarından birini təşkil edəcəyik”.
Aİ komissarı əlavə edib ki, Aİ bu çətin zamanda Yunanıstan, Şimali Makedoniya, Albaniya, İtaliya və Türkiyə ilə tam həmrəydir.