Avropa Dərman Agentliyi 12-17 yaşlı yeniyetmələrin “Moderna” şirkətinin istehsal etdiyi “Spikevax” peyvəndi ilə vaksinasiyasına icazə verib.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, daha əvvəl Avropa Dərman Agentliyi yeniyetmələrin “Pfizer/BioNTech” peyvəndi ilə vaksinasiyasına icazə vermişdi.
Məlumata əsasən, yeniyetmələr də standart sxmelə peyvənd olunacaqlar. Belə ki, birinci dozanın vurulmasından 4 həftə sonra ikinci doza vurulacaq.