Avropa İttifaqının sədrliyi vəzifəsi yanvarın 1-dən Fransaya keçib.
AzerTimes-ın məlumatına görə, 27 dövləti birləşdirən təşkilatda qəbul edilmiş rotasiya qaydalarına uyğun olaraq Fransanın sədrliyi 6 ay müddətində davam edəcək.
Fransalı analitiklər Parisin altı aylıq sədrliyi dövründə çox çətin missiya ilə üzləşəcəyini bildiriblər: koronavirus pandemiyasının yaratdığı sanitar böhran dövrünün sərt məhdudiyyətlərindən sonra iqtisadiyyatın yenidən işə salınması planının həyata keçirilməsini təmin etmək lazımdır.
Bu məqsədlər üçün Aİ-yə üzv olan 27 ölkə bir il əvvəl 750 milyard avro ayırmaq qərarına gəlib. Lakin pandemiyanın beşinci dalğasının yaxınlaşması bütün planları poza bilər.