Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa İttifaqı (Aİ) “yaşıl” texnologiyalar sahəsində yeddi innovativ layihə üçün 1,1 milyard avro məbləğində investisiyaları təsdiq edib.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Brüsseldə brifinq zamanı deyib.
Onun sözlərinə görə, layihələr əsasən hidrogen texnologiyaları, karbon tullantılarının ələ keçirilməsi və alternativ enerji mənbələri sahələrini əhatə edəcək.
O əlavə edib ki, layihələr Belçika, İtaliya, Finlandiya, Fransa, Niderland, Norveç, İspaniya və İsveçdə həyata keçiriləcək və poladəritmə, sement sənayesi, neft emalı kimi sahələrdə istifadə olunacaq.