Avropa Xəstəliklərin Profilaktikası və İdarəetməsi Mərkəzi Xorvatiyanın bütün ərazisini koronavirusun yayılması üzrə qırmızı siyahıya əlavə edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Xorvatiyanın Radio və Televiziyası xəbər verib.
Məlumata əsasən, ölkənin bu siyahıya əlavə edilməsinə səbəb Xorvatiyanın bütün regionlarında koronavirusa yoluxma sayından artımın müşahidə edilməsi olub.
Qeyd edilir ki, bir həftə ərzində ölkədə koronavirusa yoluxanların sayı 50-55 faiz artıb.