Aİ XİN rəhbərləri və müdafiə nazirləri Avropa İttifaqının ilk müdafiə konsepsiyasını təsdiqləyiblər

Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirləri
Aİ-nin tarixində ilk dəfə iki ildən artıqdır hazırlanan “Aİ-nin
Strateji Kompası” müdafiə konsepsiyasını təsdiqləyiblər.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a diplomatik mənbə
xəbər verib.

Məlumata əsasən, “Aİ-nin Strateji Kompası” xüsusilə Avropa
İttifaqı tərəfindən sayı 5 min nəfərə qədər olan Çevik Hərəkat
Dəstəsinin yaradılmasını nəzərdə tutur.

Sözügedən konsepsiyanın yekun qəbulu Aİ-nin martın 24-25-də
keçiriləcək sammitində baş tutacaq.