Aİ XİN rəhbərləri fevralın 27-də fövqəladə videokonfrans keçirəcəklər –

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ukraynadakı
vəziyyətlə əlaqədar fevralın 27-də fövqəladə videokonfrans keçirmək
niyyətindədirlər.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a Aİ Şurasındakı
ölkələrdən birinin nümayəndə heyətindəki mənbə bildirib.

“Bəli, nazirlər Ukraynadakı vəziyyəti müzakirə etmək üçün sabah
videokonfrans vasitəsilə fövqəladə iclas keçirəcəklər”, – deyə
mənbə bildirib.

Onun sözlərinə görə, nazirlər Rusiyaya qarşı üçüncü sanksiyalar
paketinin tətbiqi imkanlarını da müzakirə edəcəklər.