Aİ xarici işlər nazirləri bir sıra Rusiya banklarının SWIFT-dən çıxarılmasına razılaşıblar

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynadakı hərbi
əməliyyata görə Rusiyaya qarşı sanksiyalar, o cümlədən bir sıra
Rusiya banklarının SWIFT-dən çıxarılması və Rusiya Bankının
aktivlərinin dondurulması barədə razılığa gəliblər.

AzerTimes-ın
məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel
bildirib.

O qeyd edib ki, Aİ mərkəzi bankların sabah işə başlamazdan əvvəl
sanksiyalar siyahısını təsdiqləməyə çalışacaq.

Bundan əlavə, J.Borrelin sözlərinə görə, Aİ ölkələrinin xarici
işlər nazirləri şəxsi sanksiyalarının şamil olduğu Rusiya
Federasiyasından olan şəxslərin siyahısını genişləndirmək barədə
razılığa gəliblər.

Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Avropa İttifaqı öz
hava məkanını Rusiyadan gələn təyyarələr üçün bağlayacaq.