Xəbər - Çingiz Səfərli – Trend:
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 2 ədəd invaziv və 1 ədəd qeyri-invaziv süni tənəffüs aparatı, 4 xəstə monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kanyula və COVID-19-un aşkarlanması üçün 4000 PZR testi üçün reagenti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verib.
Bu barədə AzerTimes-a ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib.
Bundan əlavə COVID-19 hallarının müşahidəsində istifədə üçün 100 ədəd tablet, 5 ədəd noutbuk, 5 ədəd modem və onlar üçün gərəkli proqram təminatı Səhiyyə Nazirliyinə təqdim olunub.
Bu ləvazimat və avadanlıqlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.
Qeyd edək ki, 27 mart 2020-ci ildə Avropa İttifaqı Azərbaycan daxil olmaqla Şərqi Avropa və Qafqazda altı ölkədə COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə aparmaq məqsədilə böyük həcmli yardım paketi ayırdığını elan edib.
Daha əvvəl təşəbbüs çərçivəsində 2020-ci ilin iyul, sentyabr və dekabr aylarında tibb işçiləri üçün fərdi qoyucu vasitələr və pasiyentlərin müalicəsində istifadə edilən tibbi ləvazimatlardan ibarət 4 yük Azərbaycana təhvil verilib.