Aİ ve Dünya Bankı Azərbaycanla bağlı yeni saziş imzalayıblar

Avropa ittifaqı (Al) və Dünya Bankı (DB) bu gün Azərbaycan üçün
Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə inzibati sazişi
imzalayıblar.

Ümumi büdcəsi 5,25 milyon avro təşkil edən bu üçillik proqram Al
tərəfindən maliyyələşdirilir və DB tərəfindən idarə olunur.

Proqramın məqsədi Azərbaycan Hökumətinə “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olaraq,
məsləhət və analitik dəstəyi ve potensialın gücləndirilməsini təmin
etməkdən ibarətdir. Bu dəstək sosial inklüzivliyi ve bağlantıları
gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət
sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin
səmərəli şəkildə aradan qaldırlmasına kömək edəcək. Saziş Dünya
Bankının Azərbaycan üzrə Ölkə Meneceri Sara Maykl və Al-nin
Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanıb. Imzalanma
mərasimində Iqtisadiyyat Nazirinin birinci müavini cənab Elnur
Əliyev iştirak etmişdir.

AZTAF programi Al-nin dörd Tərəfdaşlıq Prioritetinə – i)
institutlarin gücləndirilməsi və yaxşı dövlət idarəçiliyi, ii)
iqtisadi inkişaf və bazar imkanları, iii) rəqəmsal bağlantılar,
enerji səmərəliliyi, ətraf mühit və iqlimlə bağlı tədbirlər, iv)
mobillik və insanlararası temaslara – uyğun olaraq, silsilə
proqrammatik və ünvanlı texniki yardım fəaliyyətlərini əhatə
edir.


“Al ve Dünya Bankının bu alati Azərbaycan hökumətinin
sosial-iqtisadi inkişaf gündəliyinə sürətli və əhəmiyyətli dəstəyi
təmin edəcək. O, xüsusilə COVID-19-un uzun müddətli sosial iqtisadi
tesirlərinin yumşaldılmasına kömək etməklə Azərbaycan xalqına, o
cümlədən ən həssas əhali qrupların fayda verəcək”, – Al-nin
Azerbaycandakı sefiri cənab Peter Mixalko deyib. “Bu təşəbbüs Al və
Azərbaycan arasında tərəfdaşlığın növbəti nümayişidir. O, Al-nin bu
yaxınlarda 2 milyard avro investisiya potensialının olduğunu
açıqladığı ve müvafiq Beynəlxalq Maliyye Institutları ile sıx
əməkdaşlıq çərçivəsində icra olunacaq Azərbaycan üçün Iqtisadi və
Investisiya Planı ilə əlaqələndiriləcək.”

AZTAF Dünya Bankı Qrupunun əhatəli iqtisadi artım, dövlət ve
korporativ idarəçilik, təmiz ətraf mühit ve dayanıqlı inkişaf,
insan kapitalının inkişafı ve sosial inkluzivlik kimi sahələrdə
həyata keçirilən və uzun müddətli tərəfdaşlıqlarına esaslanır. O,
elave potensialın gücləndirilməsi, bilik mübadiləsi ve analitik
fəaliyyətlər vasitəsilə hökumətin strateji prioritetlerine desteyi
intensivləşdirmək məqsədile Bankın hazırki səyləri və resurslarını
tamamlayacaq.

“Biz iddialı AZTAF porqramını icra etmək məqsədilə Azərbaycan
Hökuməti və Avropa Ittifaqı ilə tərəfdaşlıqdan çox məmnunuq.
Inanırıq ki, o, Azerbaycana iqtisadiyyatın ve institutların
müasirləşdirilməsi, xidmətlərin göstərilməsi və insan kapitalının
inkişafı və hamı üçün yaşıl gələcəyin qurulmasına yardım edən əsas
hökumət proqramları və islahatlarını dəstəkləyəcək”, Dünya Bankının
Azerbaycan üzre Ölke Meneceri xanım Sara Maykl deyib, “bu, bizim
ölkə üzrə hazırki proqramımız üçün çox aktualdır və Azərbaycanla
növbəti Ölkə Tərəfdaşlıq Çərçivesinin hazırlanması üçün baza kimi
çıxış edəcək”.

Teqlər: