Xəbər - Sədrəddin Ağcayev – Trend:
Fevralın 16-da Bakıda Avropa İttifaqı və Dünya Bankı arasında
qrant sazişi imzalanacaq.
Bu barədə Trend-ə Dünya Bankının Bakı ofisindən bildiriblər.
Mənbənin məlumatına əsasən, sənəd bir sıra istiqamətlər üzrə
Azərbaycan hökumətinə texniki köməyin göstərilməsini nəzərdə
tutur.
“Sənədi Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara
Maykl və Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalko
imzalayacaq. Sazişin etibarlılıq müddəti üç il, məbləği 5,25 milyon
dollar təşkil edir” – deyə Dünya Bankının Bakı ofisindən
bildiriblər
Qeyd olunur ki, həmin sənəddə Aİ-nin Azərbaycandakı dörd
prioritet fəaliyyət istiqaməti və Azərbaycanın beş milli prioriteti
əks olunub.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)