Avropa İttifaqı (Aİ) və Böyük Britaniya icma və krallıq vətəndaşlarına koronavirusa qarşı peyvəndin çatdırılmasını genişləndirmək üçün birgə fəaliyyət göstərir.
AzerTimes-ın məlumatına görə, bu barədə Aİ və Londonun birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub: “Qarşılıqlı asılılığımızı nəzərə alaraq, qısa, orta və uzunmüddətli perspektivdə qazanclı vəziyyət yaratmaq və bütün vətəndaşlarımız üçün peyvənd tədarükünü genişləndirmək üçün konkret addımlar üzərində işləyirik”.
Sənəddə deyilir ki, pandemiyanın üçüncü dalğası Aİ ilə Böyük Britaniya arasında əməkdaşlığı daha da vacib hala gətirir.