Avropa İttifaqının (Aİ) 27 ölkəsinin və ABŞ-ın liderləri
Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə və Moskvanın artıq
tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yan keçmək cəhdlərini
dayandırmağa hazır olduqlarını müzakirə ediblər.
AzerTimes-ın məlumatına görə, bu barədə Brüsseldə ABŞ Prezidenti
Cozef Baydenin Aİ sammitində iştirakından sonra Avropa İttifaqı
Şurasının və ABŞ-ın birgə bəyanatında deyilir.
“Onlar Rusiya və Belarusa iqtisadi sanksiyalar tətbiq etmək üzrə
davam edən səyləri, həmçinin əlavə addımlar atmağa və
sanksiyalardan yayınmaq cəhdlərini dayandırmağa hazırlığı nəzərdən
keçiriblər”, – deyə bəyanatda deyilir.