Aİ Ukraynaya əlavə 550 milyon dollar ayrılmasını dəstəkləyib

Avropa İttifaqı Ukraynaya silah alınması üçün əlavə 500 milyon
avro (təxminən 550 milyon dollar – red.) ayrılmasını
dəstəkləyib.

AzerTimes-ın “UNIAN”a istinadən verdiyi xəbərə görə, bunu Avropa
İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali
Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Jozep Borrell Aİ-yə
üzv ölkələrin xarici işlər nazirləri və müdafiə nazirləri
səviyyəsində Aİ Şurasının iclasından sonra keçirilən brifinqdə
deyib.

“Mən Avropa Sülh Fondu çərçivəsində əlavə 500 milyon avronun
ayrılması barədə siyasi razılaşma əldə etdiyimizi elan etməkdən
məmnunam”, – deyə J.Borrel bildirib.