Aİ Ukraynaya azı 500 milyon avro humanitar yardım göndərəcək

Xəbər - Ləman Zeynalova – Trend:

Avropa İttifaqı Ukraynaya humanitar yardım məqsədilə öz
büdcəsindən azı 500 milyon avro vəsait təqdim edəcək.

Trend-in
məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der
Lyayen öz “Twitter” səhifəsində yazıb.

“Biz Rumıniyada Ukrayna üçün humanitar hab yaradırıq. Avropadan
gələn yardımı Ukrayna sərhədinə yolladığı üçün Rumıniyaya
təşəkkürümü bildirirəm” – U.fon der Lyayen yazıb.


Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)