Aİ Ukrayna və Avropanın enerji sistemlərinin fövqəladə sinxronizasiyasını müzakirə edəcək

Aİ-nin energetika nazirləri Ukrayna enerji sisteminin Avropa
enerji sistemi ilə fövqəladə sinxronizasiya imkanlarını müzakirə
edəcəklər.

AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə Avropanın
enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.


“Bu gün bizim energetika nazirlərinin həlledici iclası olacaq.
Gündəliyin ən mühüm bəndi Ukraynaya dəstəyimizdir. Bu perspektivdə
enerji nazirlərindən Ukrayna enerji sisteminin Avropa enerji
sistemi ilə fövqəladə sinxronizasiyasını tezliklə
dəstəkləyəcəklərini gözləyirəm. İnanıram ki, bu, indiki şəraitdə
yeganə fürsətdir. Biz Avropaya tədarükün təhlükəsizliyini də
müzakirə edəcəyik”, – Simson bildirib.