Aİ Şurasının prezidenti Azərbaycana səfər edəcək

Xəbər - Orxan Nəbiyev – Trend

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel iyulun 16-18-i tarixləri arasında Azərbaycana səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Ş.Mişel ölkədə müxtəlif görüşlər keçirəcək və Aİ ilə ikitərəfli münasibətlərin gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

İyulun 19-da isə Aİ Şurasının prezidenti Batumi Beynəlxalq Konfransında iştirak edəcək.

Teqlər: