Xəbər - Ləman Zeynalova – Trend:
Avropa İttifaqı (Aİ) “EU4Energy” proqramının ikinci mərhələsi çərçivəsində “Şərq tərəfdaşlığı” ölkələrində “təmiz” enerjiyə keçidi dəstəkləyəcək.
AzerTimes bu barədə Avropa Komissiyasının saytına istinadən məlumat verir.
Qeyd olunub ki, 2024-cü ilin dekabrınadək davam edəcək proqram regionun “təmiz” enerjiyə keçidini və enerji bazarının liberallaşmasını dəstəkləmək üçün dayanıqlı qanunverici və hüquqi bazanın inkişafına kömək edəcək:
“EU4Energy 8,5 milyon avro ümumi büdcə ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqram “Şərq tərəfdaşlığı” ölkələri vətəndaşlarıın məsləhətləşmələr və dəyirmi masalar vasitəsilə onun fəaliyyətinə və islahatlar prosesinə cəlb olunmasına xidmət edəcək. Proqramda xüsusi diqqət gender bərabərliyinə ayrılıb və qadınların enerji sektorunda iştirakının vacibliyi və rəhbər rolların icrası ilə bağlı potensialı vurğulanır”.
(Tərcümə: Orxan Nəbiyev)