Aİ-nin 27 ölkəsinin Daimi Nümayəndələr Komitəsi (Coreper) Aİ
sammiti öncəsi fövqəladə iclasında Rusiyaya qarşı neft embarqosunun
daha yüngül variantı ilə bağlı kompromis əldə edə bilməyib.
Trend “TASS”a
istinadla xəbər verir ki, Rusiyaya qarşı altıncı sanksiyalar paketi
layihəsinin tərkib hissəsi olan neft embarqosu ilə bağlı qərarın Aİ
sammitində qəbul olunması gözlənilmir.
“Bu gün “Coreper” neft tədarükünün qadağan edilməsi məsələsini
müzakirə etmək üçün bir araya gəldi. Bazar ertəsi daha bir görüşdə
əlavə detalları nəzərdən keçirəcəyik. Deyə bilərəm ki, bütün
ölkələr Rusiya neftinin tədarükünü məhdudlaşdırmaqda qərarlıdır,
lakin bizim əlavə əlaqələndirməyə ehtiyacımız var”, – mənbə
bildirib.