Avropa İttifaqının Xarici Əlaqələr Şurası Rusiyaya qarşı
sanksiyaların ikinci paketini, o cümlədən Rusiya prezidenti
Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı
məhdudlaşdırıcı tədbirləri qəbul edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Latviyanın
Xarici İşlər naziri Edqars Rinkeviç yazıb.
“Avropa İttifaqının Xarici Əlaqələr Şurası Rusiya prezidenti
Putin və xarici işlər naziri Lavrova qarşı maliyyə sanksiyaları da
daxil olmaqla, sanksiyaların ikinci mərhələsini təsdiqləyib. Üçüncü
paket hazırlanır”, – deyə bildirilib.