Avropa İttifaqı Rusiyanın qondarma “DXR” və “LXR”ni tanıması ilə
əlaqədar Rusiya Federasiyasının siyasi, hərbi və iqtisadi
rəhbərliyinin təxminən 400 nümayəndəsinə, jurnalistlərə və ictimai
xadimlərə qarşı şəxsi sanksiyalar tətbiq edib.
AzerTimes-ın məlumatına görə, sanksiyaları tətbiq edildiyi bütün
şəxslərə Avropa İttifaqına giriş və Aİ-nin bank sisteminə çıxış
qadağan edilib.
Sanksiyalar siyahısına Rusiyanın müdafiə naziri Sergey Şoyqu,
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, XİN-in
rəsmə nümayəndəsi Mariya Zaxarova, jurnalistlər: Marqarita
Simonyan, Vladimir Solovyov, Konstantin Knırik daxil ediliblər.
Sanksiyalar həmçinin baş nazirin müavinləri Marat Xusnulin,
Dmitri Qriqorenko, iqtisadi inkişaf naziri Maksim Reşetnikov,
Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Evmenov, onun
müavini Vladimir Kasatonob, quru qoşunları Baş Komandanı Oleq
Salyukov, Hərbi Hava Qüvvələri komandanı Sergey Dronov, Hərbi
Kosmik Qüvvələrin Baş Komandanı Sergey Surovkin və bir sıra digər
şəxslərə qarşı tətbiq edilib.
Sanksiyalar siyahısına Rusiya Federasiyası Dövlət Dumasının ölkə
Prezidenti Vladimir Putinə qondarma “DXR” və “LXR”ni tanınması üçün
müraciətin lehinə səs verən 351 deputat da daxil edilib.