Aİ Rusiyanın enerji resurslarının idxalına qadağa qoymaq niyyətində deyil

Avropa İttifaqı (Aİ) Rusiyanın enerji resurslarının idxalına
qadağa qoymaq və bu məsələdə ABŞ rəhbərliyinin addımlarını atmaq
niyyətində deyil.

AzerTimes-ın məlumatına görə, bu barədə “Al Jazeera” telekanalına
müsahibəsi zamanı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Biz Rusiyadan enerji resurslarının idxalına qadağa qoymayacağıq
və bu məsələdə (ABŞ prezidenti Cozef – red.) Baydenin atdığı
addımları atmayacağıq”, – dey\ J.Borrel bildirib.


Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri qeyd edib ki,
hazırda Aİ qaza alternativlərin axtarışı ilə məşğuldur, çünki onun
sözlərinə görə, Rusiya artıq etibarlı tərəfdaş deyil.

Teqlər: