Aİ Rusiyadan enerji daşıyıcılarından imtina etməsi planını təqdim edəcək

Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan enerji
daşıyıcılarından imtina etməsi ilə bağlı 210 milyard avroluq plan
təqdim edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Reuters” agentliyi sənədlərin
layihələrinə istinadən bildirib.

Qeyd olunub ki, bu plan üç mərhələdən ibarət olacaq. Layihə
çərçivəsində Brüssel digər ölkələrdən qaz idxalına başlamaq, bərpa
olunan enerji mənbələrinə keçidi sürətləndirmək, həmçinin enerjiyə
qənaət etmək üçün daha çox səy göstərmək niyyətindədir.

Bildirilib ki, digər ölkələrdən qaz idxalını artırmaq planının
bir hissəsi Misir, İsrail və Nigeriya kimi ölkələrdən mayel təbii
qaz tədarükünün artırılması imkanını vurğulanıb.

Teqlər: