Aİ Rusiya qazının idxalına qadağanı müzakirə etməyə hazırlaşır

Ukraynada vəziyyətin gərginləşməsi fonunda Avropa İttifaqı (Aİ)
Rusiyadan təbii qazın idxalına qadağa qoyulmasını müzakirə etməyə
hazırlaşır.

AzerTimes-ın məlumatına görə, bunu Almaniyanın müdafiə naziri
Kristin Lambreht deyib.

Onun sözlərinə görə, Aİ-də Rusiyaya qarşı daha sərt
sanksiyalarla bağlı fikir mübadiləsi aparılacaq.

Nazir qeyd edib ki, Rusiyanın enerji resurslarının tədarükü də
sanksiyalar müzakirələrinin bir hissəsi olacaq.