Avropa İttifaqı (Aİ) Rusiya Bankının aktivlərinin dondurulması
qərarını təsdiqləyib.
AzerTimes-ın
məlumatına görə, bu barədə müvafiq qərar Aİ-nin Rəsmi Jurnalında
dərc olunub.
Sənəddə qeyd olunub: “Rusiya Mərkəzi Bankının ehtiyatlarının,
habelə aktivlərinin idarə edilməsi ilə bağlı əməliyyatlar, o
cümlədən Rusiya Mərkəzi Bankının adından və ya onun tapşırığı ilə
fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla
əməliyyatlar qadağandır”.
Qeyd edək ki, ötən gün Aİ diplomatiyasının rəhbəri Josep Borrel
bildirib ki, Aİ ölkələrinin xarici işlər nazirləri Ukraynada hərbi
əməliyyatlara görə Rusiyaya qarşı sanksiyalar, o cümlədən “Rusiya
Mərkəzi Bankının aktivlərini iflic edəcək məhdudlaşdırıcı
tədbirlər” barədə razılığa gəliblər.