Bir sıra rusiyalı iş adamları Avropa İttifaqının “qara
siyahısı”na daxil edilib, bundan əlavə, Rusiya prezidentinin
mətbuat katibi Dmitri Peskova qarşı da sanksiyalar tətbiq
edilib.
AzerTimes-ın məlumatına görə, 26 rusiyalının daxil edildiyi “qara
siyahıya” həmçinin “Rosneft” və “Transneft”in rəhbərləri İqor Seçin
və Nikolay Tokarev də daxil edilib.
Aktivlərin dondurulması və Aİ-yə giriş qadağası həmçinin Mixail
Fridman (Alfa Group, VEON və X5-də səhmlər) və onun ortağı Petr
Aven, Alişer Usmanov (Metalloinvest, Megafon), Aleksey Mordaşov
(Severstal, Lenta, TUI turoperatorunda pay), Gennadi Timçenko
(NOVATEK və SIBUR-da paylar), Aleksandr Ponomarenko (Şeremetyevo
hava limanının ortaq sahibi).