Aİ ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna qərar verib – Borrel

Aİ ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini
qəbul etməyi qərara alıb. Həmin sanksiyalar ona böyük ziyan
vuracaq.

AzerTimes-ın məlmatına
görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Aİ xarici
işlər nazirlərinin Parisdə keçirilən qeyri-rəsmi görüşündən sonra
mətbuat konfransında bildirib.

Avropa İttifaqı, xüsusən də BMT və ATƏT-də “Rusiyanı danışıqlar
masasına qaytarmaq” üçün diplomatik səylərini davam etdirəcək.


“Biz diplomatik yola üstünlük veririk, Rusiyanı danışıqlar
masasına oturtmaq üçün xüsusilə ATƏT və BMT formatında diplomatik
səyləri davam etdirəcəyik”, deyə J.Borrel bildirib.

Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını
maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və
hüquqi şəxsi “qara siyahı”ya salıb.

Teqlər: