Aİ ölkələri Parisdə Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Parisdə keçiriləcək
qeyri-rəsmi sammitdə Rusiyaya qarşı yeni sanksiyaları müzakirə
edəcək.

Trend-in
məlumatına görə, bunu Aİ-nin nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, Aİ liderləri Rusiyaya qarşı nəzərdə
tutulan əlavə sanksiyaları nəzərdən keçirəcək.

Bundan başqa, sammitdə Ukrayanın Aİ-yə üzvlüyü məsələsi müzakirə
mövzusu olacaq.


“Ukrayanın Aİ-yə üzvlüyü Paris sammitində müzakirə olunacaq
başlıca məsələlərdən biridir. Ukrayna, Gürcüstan, Moldovanın Aİ-yə
üzvlük məsələləri ayrı-ayrılıqda nəzərdən keçiriləcək”, – deyə Aİ
nümayəndəsi bildirib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri liderlərinin qeyri-rəsmi
Paris sammiti martın 10-11-də keçiriləcək.