Aİ ölkələri ilin sonuna qədər Rusiyadan neft idxalını dayandırmaq niyyətindədirlər

Avropa İttifaqı ölkələri Rusiyadan neft idxalından ilin sonuna
qədər tamamilə imtina etmək niyyətindədirlər.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg”
agentliyi məlumat yayıb.

Məlumata əsasən, Rusiyadan neft idxalının tamamilə
dayandırlmasına qədər Aİ tədricən məhdudiyyətlər tətbiq etməyi
planlaşdırır.

Bildirilir ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı
paketinə daxil ediləcək yeni məhdudiyyətlərlə bağlı qərar gələn
həftə verilə bilər. Bununla belə, agentlik vurğulayır ki, təklif
olunan məhdudiyyətlər hələ də formal olaraq təklif edilməyib və
dəyişdirilə bilər.