Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
AzerTimes-ın məlumatına görə, bu barədə P.Mixalko öz “Twitter” səhifəsində yazıb.
Paylaşımda bildirilib: “Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması məni dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və həlak olanların tezliklə sağalmasını arzulayırıq”.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.