Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistanın Azərbaycanın Füzuli və Zəngilan rayonlarında 92 min mina xəritəsini 15 saxlanılan erməninin təhvil verilməsi müqabilində təqdim etməsini alqışlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə T.Klaar öz “Twitter” səhifəsində yazıb.
Xüsusi nümayəndə bildirib ki, Bakıda və Yerevandan əla xəbərlər var. O saxlanılan ermənilərin buraxılmasının yaxşı hal kimi qiymətləndirib: “Azərbaycana isə vacib olan mina xəritələri təqdim edilib”.