Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
Toivo Klaar Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə Aİ-nin nümayəndəsi deyib.
Qeyd olunur ki, T.Klaar Azərbaycana fevralın 21-də birgünlük
səfər edəcək. Səfər zamanı onun Azərbaycanın bir sıra rəsmi
şəxsləri ilə görüşləri planlaşdırılır.