Aİ-nin Qərbi Balkanlara qarşı qoyduğu şərtlər daha sərtdir – Bolqarıstanın keçmiş prezidenti

Xəbər - Humay Ağacanova – Trend:

Qərbi Balkanlar hər zaman Avropanın bir üvzü olub, həmçinin Avropa İttifaqına (Aİ) da üzv olmalıdır. Suallar meydana çıxır, Aİ-nin Qərbi Balkanlara qoyduğu şərtlər digər dövlətlərə qarşı qoyulan şərtlərlə müqayisədə daha sərt deyilmi?

AzerTimes-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “Qərbi Balkanların qiymətləndirilməsi: İrəli yol” mövzusunda paneldə çıxış edən Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov deyib.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı bir çox çətinliklərlə üzləşdi, iqtisadi böhranlar, pandemiya və s. Bu da öz növbəsində ölkələrin, eləcə də Qərbi Balkanların Avropa İttifaqına inteqrasiyasını çətinləşdirir: “Lakin Sloveniyada Qərbi Balkan ölkələrinin liderləri ilə Avropa İttifaqı üzvləri arasında görüş keçirildi və orada Qərbi Balkanlara bir sıra vədlər verildi”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: