Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana təşəkkür edib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
Toivo Klaar Ukrayana göstərilən humanitar yardıma görə Azərbaycana
təşəkkür edib.

Trend-in
məlumatına görə, bu barədə T.Klaar özünün “Twitter” səhifəsində
yazıb.

Qeyd edək ki, Azərbayan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən
Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz
hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və
tibbi avadanlıqlar göndərilib.

Tibbi vasitələrin yükləndiyi təyyarə 27 fevral tarixində yola
düşüb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: