Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdamda səfərdədir (FOTO)

Ağdam. Trend:

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Xüsusi nümayəndə işğal zamanı ermənilərin Ağdamda törətdiyi vəhşilikləri, dağıntıları gözləri ilə görəcək.

Toivo Klaarı Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Emin Hüseynov qonağa Ağdamda erməni vandalları tərəfindən törədilən vəhşiliklər, eləcə işğaldan azad oldunduqdan sonra şəhərdə həyata keçirilən tikinti-qurucluq işləri barədə məlumat verib.

Teqlər: