Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yad edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Piter Mixalko İkinci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Trend-in məlumatına görə, bu barədə P.Mixalkonin “Twitter” səhifəsində bildirilib.

P.Mixalko yazıb: “Bu gün – Azərbaycan xalqı Anım Günü qeyd etdiyi bir vaxtda, mən iş yerimdə İkinci Qarabağ müharibəsində həlak olanların xatirəsini yad etdim”.

Qeyd edək ki, bu gün Azərbaycanda Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsinə Anım Günü qeyd edilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: