Aİ-nin Azərbaycandakı dördillik layihəsi təhsil sisteminin təkmilləşdirilməsinə dəstək göstərəcək – BMT İnkişaf Proqramı

Xəbər - Ceyla Əliyeva, tərcümə Orxan Nəbiyev – Trend:

Avropa İttifaqının Azərbaycanda peşə təhsili sisteminin modernləşdirilməsinə yönəlmiş, “Gələcək üçün peşə təhsili sistemi: peşə təhsili sistemi nümayəndələrinin öncül təcrübəsinin inkişafı” adlı dördillik layihəsi təhsil sisteminin təkmilləşdirilməsi yolunda ölkəyə dəstək göstərəcək.

AzerTimes-ın məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramının daimi nümayəndəsi Alessandro Frakassetti deyib.


O qeyd edib ki, 5,8 milyon avro dəyərində layihə sayəsində Azərbaycan gəncliyi gələcək üçün zəruri ixtisas əldə edəcək və bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək.

Teqlər: