Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa İttifaqının 27 üzvü 2021-ci ilin birincü rübündə ümumilikdə 107 milyon doza vaksin əldə edib.
AzerTimes-ın məlumatına görə, bunu səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakides deyib.
Bu, nəzərdə tutulan tədarükdən 73 milyon doza daha azdır.
Bir müddət əvvəl Avropa Komissiyası müqavilələrə əsasən Aİ-nin 180 milyon doza vaksinin alacağını bildirmişdi.