Aİ minaların təmizlənməsində Azərbaycana dəstəyini davam etdirəcək – Peter Mixalko

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Avropa İttifaqı (Aİ) bugünədək Azərbaycana azad edilmiş
ərazilərin minalardan təmizlənməsi üçün 2,5 milyon avro vəsait
ayırıb.

Trend-in
məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Peter Mixalko deyib.

O bildirib ki, Aİ minaların təmizlənməsi sahəsində Azərbaycan
hökumətinə dəstəyini davam etdirir.

“Bundan başqa, biz əhlainin mina təhlükəsizliyi barədə
məlumatlandırılmasında da Azərbaycana dəstək göstəririk”, – deyə o
bildirib.

P.Mixalkonun sözlərinə görə, Aİ nümayəndəliyi əlavə
maliyyələşmənin təmin olunması üçün Azərbaycan hökuməti ilə
işləyir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: