Aİ məhkəməsi “Google”-un 2 milyard avrodan çox cərimələnməsi qərarını dəstəkləyib

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa ədalət məhkəməsi Avropa Komissiyasının “Google” şirkətinin 2,4 milyard avrodan çox məbləğdə cərimələnməsi qərarını dəstəkləyib.

Trend-in məlumatına görə, bu barədə məhkəmənin mətbuat xidməti bildirib.

Qərarda qeyd olunur ki, məhkəmə ABŞ şirkətinin cərimənin ləğv olunması ilə bağlı iddiasını rədd edib.


Xatırladaq ki, 2017-ci ilin iyununda Avropa Komissiyası “Google” şirkətini Avropa İttifaqının axtarış sistemləri bazarında üstün mövqeyindən sui-istifadə etməkdə ittiham edərək 2,42 milyard avro cərimələmişdi.

Qərarda qeyd olunur ki, “Google” məhsulların axtarışları zamanı nəticələri şirkətinin özünün məhsullarının xeyrinə təhrif edib, rəqib şirkətlərin məhsullarının reytinqini isə qəsdən azaldıb.