Avropa İttifaqı (Aİ) uydurma enerji şirkətinə süni hücum ilə kibertəhlükəsizlik üzrə təlimlərə başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.
Məlumata əsasən, təlimlər 6 həftə davam edəcək və fevralın sonunda keçiriləcək Aİ XİN rəhbərləri görüşü zamanı başa çatacaq.
Təlimin məqsədi Avropa sistemlərinin dayanıqlığını stress testindən keçirmək, üzv dövlətlər arasında hazırlığı və əməkdaşlığı gücləndirmək və birgə reaksiya tədbirlərinin effektivliyini artırmaqdır.