Aİ ilə Azərbaycanın güclü siyasi təmasların olması əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Avropa İttifaqı Azərbaycanın yaxın tərəfdaşdır və güclü siyasi təmasların olması əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqı həm də bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.

Bunu AzerTimes-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, eyni zamanda Azərbaycanın Avropa İttifaqına üzv dövlətləri ilə sıx ikitərəfli əlaqələri var və onların bir çoxu ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb və bu sazişlərdən irəli gələn məsələlər həll edilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə mətbuat konfransında Azərbaycan- Avropa İttifaqı münasubətlərini belə səciyyələndirmişdir: “Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Mən, həmçinin əlavə etmək istərdim ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub”.

Təbii ki, bundan sonra da Azərbaycan Avropa İttifaqı ilə birlikdə yeni layihələrə rəhbərlik etməyə hazırdır və bunun üçün bütün imkanlar yaradılıb.

Əlbəttə, Azərbaycanın müstəqil siyasəti, güclü və sürətli iqtisadi inkişafı, bütün sahələrdə etibarlı tərəfdaş olması, 44 günlük Vətın müharubəsi nəticəsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini uğurla təkbaşına həyata keçirməsi və nəticədə həm də yeni geosiyasi gerçəkliyi yaratması Azərbaycan dövlətinə etibarın, inamın və tərəfdaş kimi böyük önəm verilməsini daha da gücləndirmişdir.

Hesab edirik ki, beynəlxalq ictimaiyyət tam əmindur ki, Cənubu Qafqazda sülhün, inkişafın əsas təminatçısı Azərbaycan Respublikasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi bütün layihələr vaxtlnda və ən tüksək səviyyədə həyata keçirilir. Tezliklə Zəngəzur dəhlizi də istifadəyə veriləcək və bu, bölgənin yeni siyasi-iqtisadi mənzərəsini və inkişaf perspektivləri müəyyən edəcəkdir”.

Teqlər: