Hindistanda səfərdə olan Avropa Komissiyasının (AK) prezidenti
Ursula fon der Lyayen Hindistana Avropa hərbi texnikasının
satışının artırılmasını və azad ticarət sazişi üzrə danışıqların
bərpasını müzakirə edəcək.
Trend xəbər verir ki, bu barədə “NDTV” telekanalı mənbəyə
istinadən xəbər yayıb.
Bu gün Ursula fon der Lyayeb Hindistanın baş naziri Narendra
Modi ilə görüşəcək. Aİ rəsmilərinin sözlərinə görə, onun səfəri
Qərbin Hindistanı Rusiya ilə əlaqələrini kəsməyə təşviq etmək
səylərinin bir hissəsidir.
“Bir sıra Qərb liderləri bizim hansı alternativləri təklif edə
biləcəyimizi görmək üçün indi Hindistanla təmasdadır. Əsas odur ki,
biz bu əlaqələri inkişaf etdirmək, texnologiya üzərində birlikdə
işləmək və Hindistanı düşərgəmizə gətirmək istəyirik. Səfərin əsas
mesajı budur”, – deyə mənbə bildirib.