Aİ gələn həftənin əvvəlində Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq edə bilər

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar
paketi gələn həftənin əvvəlində baxılması üçün ölkələrə təqdim
oluna bilər.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən “Politico”
nəşri məlumat yayıb.

Məlumata əsasən, yeni sanksiyalar paketi Rusiya neftinin
idxalına bəzi qadağalar tətbiq edə və daha çox Rusiya bankının “SWIFT” beynəlxalq ödəniş sistemindən ayrılmasını təmin edə
bilər.

Bildirilir ki, neft idxalına qarşı məhdudiyyətlər neftin
növündən və onun dəniz və ya boru kəməri ilə çatdırılmasından asılı
olaraq dəyişə bilər. Brüsseldə Aİ ölkələrinə Rusiyadan neft
idxalına qadağanın qoyulmasına hazırlaşmaq üçün vaxtın verilməsi də
müzakirə olunur.