Aİ Fransanın yolunu getməsin, çünki… – Əliyev

Aİ Fransanın yolunu getməsin, çünki… – Əliyev

Avropa Birliyi əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Avropa Birliyi Azərbaycanın torpaqlarının işğalı dövründə bu məsələdə heç vaxt fəal olmayıb:

“Bizim bununla bağlı o dövrdə Avropa Birliyinə və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa Birliyinin bu məsələyə aidiyyatı yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil qərargahında bəziləri tərəfkeşlik edirlər”.

Prezident bildirib ki, bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa Birliyini normallaşma prosesindən təcrid edir.

“Əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa Birliyi və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır”, – Prezident İlham Əliyev deyib.

Teqlər: