Aİ ərazilərin minalardan təmizlənməsinə maliyyə və texniki dəstək verməyə hazırdır – Avrokomissar

Xəbər - Elçin Mehdiyev – Trend:

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh və əminamanlığın bərqərar olmasına töhfə verməyə hazırdır. Ona görə də biz tərəflər arasında barışıq səylərini dəstəkləməyə hazırıq. Bunu etmək üçün müxtəlif imkanlar mövcuddur.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Aİ, eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də ərazilərin minalardan təmizlənməsinə maliyyə və texniki dəstək verməyə hazırdır.

“Bilirik ki, böyük sülh kiçik addımlarla başlayır. Ona görə də biz tərəflərə maliyyə və texniki dəstək verməyə hazırıq”, – deyə komissar bildirib.

Teqlər: