Xəbər - Orxan Nəbiyev – Trend:
Son ay yarım ərzində Avropa İttifaqı (Aİ) əhalisinin 1,5 faizi koronavirusa qarşı peyvənd olunub.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni deyib.
O bildirib ki, Avropa İttifaqında peyvəndləmə dekabrın 27-dən etibarən başlayıb.
Avrokomissar bildirib ki, Aİ ərazisində əhalinin ümumilikdə 1,5 faizi peyvənd olunsa da, bu göstərici ayrı-ayrı ölkələr arasında kəskin fərqlənir.