Aİ Cənubi Qafqazda sülhün bərqərar olması üçün dəstək göstərir – Səfir

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülhün bərqərar olması üçün
bütün mümkün dəstəyi göstərir.

Trend-in
məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9
may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.

“Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşmasını fəal şəkildə dəstəkləməkdə davam edir”, – P.Mixalko
deyib.

Onun sözlərinə görə, Aİ həm də azad edilmiş ərazilərdə minaların
təmizlənməsi prosesinin qətiyyətli tərəfdarlarından biridir.

“Aİ Azərbaycan Minatəmizləmə Agentliyinə texniki kömək təqdim
etməklə Qarabağda minaların təmizlənməsi prosesini dəstəkləyir”, –
deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: